Gəncə 1 saylı, Gəncə 2 saylı və yeni yaranmış Göygöl rayon 1 saylı Mediasiya Təşkilatlarının kollektivi, səmimi bir mühitdə səhər yeməyinə qatılaraq bir araya gəldilər.

QHT.az xəbər verir ki, tədbir zamanı təşkilatların təmsilçiləri arasında qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və mediasiya proseslərinin daha da effektiv həyata keçirilməsi ilə bağlı müzakirələr aparıldı. Səhər yeməyi dostluq və həmrəylik atmosferində keçərək, mediasiya sahəsində fəaliyyət göstərən şəxslər arasında əlaqələrin möhkəmlənməsinə və gələcək birgə layihələrin planlaşdırılmasına töhfə verdi.

Qeyd edək ki, Gəncə 1 saylı Mediasiya Təşkilatı ilə müqavilə bağlamış, mediatorluğa yeni qədəm qoymuş Yaqubova Gülnar da mediatorlar tərəfindən təbrik edilmiş və ona uğurlar arzulamışlar.