QHT.az xəbər verir ki, boşanmaq istəyən tərəflər məhkəməyə müraciət etmədən öncə mediasiya prosesindən keçməlidirlər.

Mediasiyaya müraciət edərkən heç bir əlavə xərc yaranmır, çünki ödənilən ilkin mediasiya məbləği məhkəmə rüsumundan çıxılır. Bu, tərəflərə həm əlavə xərclərdən qaçmağa, həm də boşanmanın qarşısını almaq üçün yeni bir imkan əldə etməyə şərait yaradır. Qanuna əsasən, mediasiya prosesində yaranan problemlər həll oluna bilər və bəlkə də məhkəməyə müraciət etməyə ehtiyac qalmaz.