Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstək Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin  Qusar rayonunun müxtəlif ucqar məntəqələrində həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Bu məqsədlə Qusar rayon Samur qəsəbəsi, Mucuq  kənd və Yuxarı Zeyxur kənd bələdiyyələri, Qusar rayon Samur qəsəbəsi, Mucuq kənd və Yuxarı Zeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələri və kənd əhalisinin kiçik bir qismi ilə müxtəlif tarixlərdə görüş təşkil olundu.

 

Görüşdə “Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri və layihənin rəhbəri, layihənin eksperti  layihə, layihənin məqsədi və layihədən gözlənilən nəticələr haqqında məlumat verərək layihənin önəmindən danışdı, iştirakçıların suallarını geniş şəkildə cavablandırdı.