Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) layihəsi çərçivəsində 7-8 yanvar 2022-ci il tarixlərində Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Qaratağlar, Astaf, Zağalı, Zinzahal kəndlərində, Bərdə rayonun məcburi köçkün qəsəbəsi, Zümürxan və İmamqulubəyli kəndlərində maarifləndirici tədbirlər həyata keçirilib.
Layihənin həyata keçirilməsində məqsəd mina və digər partlayıcı sursatların təsirinə məruz qalan və ya qalması ehtimal olunan sakinlərin mina problemi barədə məlumatlılıq səviyyəsinin artırılması, onları təhlükəsiz davranışa təşviq etməklə risklərin azaldılmasıdır.
Tədbirlərdə layihənin regional koordinatorlarından, Məmməzadə Vidadi, Yusifli Vüqar və Vəliyev Fariz, Daşkəsən rayonu Zinzahal Kəndi İcra Nümayəndəsi Ələsgərov Səlim, Xoşbulaq Kəndi İcra Nümayəndəsi Məmmədov Asəf, Qabaqtəpə Kəndi İcra Nümayəndəsi İmanov Elvin, Göygöl rayonu Toğanalı kəndi İcra Nümayəndəsi Ələkbərov Xalid və Çaykənd İcra Nümayəndəsi Bayramov Əvəz və Bərdə Rayon MKİS-nin mühəndisi Bayramov Karrar iştirak ediblər.



































