"Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyasının (EFJ) 2021-ci il üzrə açıqladıqları hesabatlara Azərbaycanlı jurnalistlər-Məhərrəm İbrahimov və Sirac Abışovun adları da daxil edilib".

 

QHT.az xəbər verir ki, bu barədə Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli paylaşım edib.

 

 

Onun sözlərinə görə, 2021-ci ildə dünyada 45 jurnalist peşə fəliyyətinə görə həyatını itirib:

 

 

"Bu faktlardan 6-sı Avropa qitəsinə daxil olan dövlətlərdə qeydə alınıb:

 

 

Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Avropa Jurnalistlər Federasiyasının (EFJ) 2021-ci il üzrə açıqladıqları hesabatlara Azərbaycanlı jurnalistlər-Məhərrəm İbrahimov və Sirac Abışovun adları da daxil edilib.

 

Digər beynəlxalq media təşkilatlarından fərqli olaraq, İFJ və EFJ Azərbaycanlı jurnalistlər barədə detallı informasiya veriblər, hadisəni Ermənistanın uzun müddət işğalda saxladığı ərazilərin mina xəritlərini Azərbaycana təhvil verməməsi ilə əlaqələndiriblər.

 

2021-ci il üzrə hesabatda dünya üzrə həbsdə olan jurnalistlər məsələsinə də toxunulub. Qeyd edilib ki, dünyada 365 nəfər journalist 2022-ci ili dəmir barmaqlıqlar arxasında qarşılayıb. Həbsdə olan jurnalistlərdən 95 nəfəri Avropa dövlətlərində qeydə alınıb".