Prezidentin sözçüsü İbrahim Kalın, Kahramanmaraş zəlzələsinin ilk saatlarından bu yana sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə bağlı açıqlamasında, "Hamınıza minnətdarıq. Hamınıza minnətdarıq" dedi.
QHT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezidentin sözçüsü İbrahim Kalın sosial media Twitter hesabından Kahramanmaraş zəlzələsinin ilk saatlarından bu yana sahədə çalışan qeyri-hökumət təşkilatları ilə bağlı açıqlama verib:
Bizi biz edən bütün QHT-lərimiz, yardım təşkilatlarımız, könüllülərimiz... Gecə-gündüz, isti-soyuq, yaxından-uzaqdan köməyə tələsən gözəllərimiz... Hamınıza təşəkkür edirik. Hamınıza minnətdarıq. Biz birlikdə gözəlik, birlikdə güclüyük, birlikdə Türkiyəyik.













