"Prezident İlham Əliyevin 23 ildən artıq davam edən siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin mühüm mərhələlərindən birini təşkil edir. Bu qədər uzunmüddətli siyasi liderlik yalnız zaman amili ilə ölçülmür. Liderlik illər ərzində formalaşan siyasi təcrübə, mürəkkəb şəraitdə qərar qəbul etmək bacarığı, dövlət maraqlarını ardıcıl şəkildə müdafiə etmək və dəyişən beynəlxalq mühitə uyğun strategiya qurmaq qabiliyyəti ilə qiymətləndirilir".
Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında bildirib.
Pərvanə Vəliyevanın sözlərinə görə, son 23 ildə Azərbaycanın qarşısında həm daxili, həm də xarici siyasətdə ciddi çağırışlar dayanıb:
Bu dövr ərzində Azərbaycanın qarşısında həm daxili, həm də xarici siyasətdə ciddi çağırışlar dayanıb. İşğal, təhlükəsizlik təhdidləri, regional rəqabət və mürəkkəb geosiyasi proseslər fonunda ölkənin müstəqilliyinin, suverenliyinin və milli maraqlarının qorunması əsas prioritetlərdən biri olub.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz Azərbaycanın milli maraqlarının, müstəqilliyinin və suverenliyinin qorunması dayanıb.
Deputat vurğulayıb ki, bu illərin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır:
Bu illərin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. 2020-ci il Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. 44 günlük müharibə nəticəsində uzun illər davam edən işğala son qoyuldu və sonrakı mərhələdə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin edilməsi istiqamətində mühüm addımlar atıldı.
Pərvanə Vəliyeva bildirib ki, dövlətçilik yalnız hərbi qələbə ilə məhdudlaşmır, əldə olunan nəticələrin davamlı şəkildə möhkəmləndirilməsi də mühüm əhəmiyyət daşıyır:
Lakin dövlətçilik yalnız hərbi qələbə ilə məhdudlaşmır. Əsas məsələ əldə olunan nəticələrin siyasi, iqtisadi və diplomatik baxımdan davamlı şəkildə möhkəmləndirilməsidir. Bu baxımdan Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində fəallığının artması diqqət çəkir. COP29-un Azərbaycanda keçirilməsi, müxtəlif çoxtərəfli platformalarda fəal iştirak, Türk Dövlətləri Təşkilatı, İslam dünyası və digər beynəlxalq tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi ölkənin xarici siyasət imkanlarının genişləndiyini göstərir.
Deputatın sözlərinə görə, Azərbaycanın regional və qlobal bağlantılarının gücləndirilməsi Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biridir:
Prezident İlham Əliyevin siyasi fəaliyyətinin digər mühüm istiqaməti Azərbaycanın regional və qlobal bağlantılarının gücləndirilməsidir. Azərbaycan artıq yalnız Cənubi Qafqazda yerləşən dövlət kimi deyil, Avropa ilə Asiya arasında nəqliyyat, enerji və iqtisadi əlaqələrin mühüm iştirakçısı kimi çıxış edir. Bu, ölkənin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, xarici siyasətdə daha geniş manevr imkanları yaradır.
Pərvanə Vəliyeva qeyd edib ki, Azərbaycanın 23 illik siyasi inkişafını qiymətləndirərkən qarşıda duran vəzifələr də nəzərə alınmalıdır:
23 illik liderliyi qiymətləndirərkən, əlbəttə, yalnız keçmiş nailiyyətlərə deyil, qarşıda duran vəzifələrə də baxmaq lazımdır. Qarabağın bərpası və Böyük Qayıdışın davam etdirilməsi, davamlı sülhün təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, yeni nəqliyyat və enerji layihələrinin inkişafı və Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi qarşıdakı dövrün əsas istiqamətləri sırasındadır.
Deputat vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər:
Azərbaycanın son 23 illik siyasi inkişafına məhz bu prizmadan baxdıqda, İlham Əliyevin rəhbərliyi dövrünün ölkənin müasir dövlətçilik tarixində mühüm mərhələ olduğu qənaətinə gəlmək mümkündür.
Pərvanə Vəliyevanın fikrincə, Konstitusiyanın ali hüquqi qüvvəsinin qorunması Prezident İlham Əliyevin siyasi yanaşmasının mühüm prinsiplərindən biridir:
“Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyanın özündən üstün ola bilməz” - bu ifadə Prezident İlham Əliyev doktrinasının şedevrlərindəndir.
Deputat bildirib ki, Ermənistanla sülh Prezident İlham Əliyev üçün uzunmüddətli strateji hədəfdir və regionun gələcəyinə hesablanıb:
Ermənistanla sülh dövlət başçımız üçün bugünlə bağlı qısa müddətli hədəf deyil, gələcəyə, gələcək 100 illiklərə hesablanmış zəmanətin axtarışıdır. Regionda davamlı və dayanıqlı sülhün bərqərar edilməsi üçün Prezident İlham Əliyev yekun şərtin Ermənistan tərəfindən yerinə yetirilməsinə nail olmaqda əzmlidir, prinsipialdır.
Pərvanə Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan sülhün uzunmüddətli və davamlı olmasını hədəfləyir:
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan sülhü sadəcə mövcud hökumətlə deyil, Ermənistan xalqı ilə imzalamaq istəyir.
Deputatın sözlərinə görə, gələcək nəsillərin münaqişələrin təkrarlanmasından qorunması dövlət başçısının qarşıya qoyduğu əsas məqsədlərdəndir:
Əslində, bu, Dövlət başçısının gələcək nəsillər qarşısında götürdüyü bir öhdəlikdir. Cənab Prezident gələcək nəsilləri keçmişdəki münaqişələrin təkrarlanmasından qoruyan hüquqi təminat əldə edilməsində qərarlıdır. Buna nail olarıqsa, bu, Prezident İlham Əliyevin regionda sabitlik və təhlükəsizlik naminə tarixdə atdığı daha bir silinməz imza olacaqdır.
Fatimə Nəbiyeva












