Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən QHT.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Yanğın havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.






