Aralıq dənizində miqrantların axtarış-xilasetmə əməliyyatları həyata keçirən qeyri-hökumət təşkilatları (QHT) son aylarda artan hüquqi və inzibati təzyiqlərlə üzləşir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyinin (FRA) yaydığı məlumata görə, 2026-cı ilin ilk yarısında bir sıra QHT-lərə qarşı hüquqi araşdırmalar başlanılıb, bəzi təşkilatların gəmilərinin fəaliyyətinə isə inzibati məhdudiyyətlər tətbiq edilib. Agentlik bu tədbirlərin humanitar yardım fəaliyyətinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Hesabatda qeyd olunur ki, 2026-cı ilin əvvəlindən etibarən Aralıq dənizində ən azı 1 410 nəfər həyatını itirib və ya itkin düşüb. Humanitar təşkilatlar bildirirlər ki, xilasetmə missiyalarına qoyulan məhdudiyyətlər miqrantların təhlükəsizliyini daha da risk altına salır.
QHT-lər Avropa ölkələrini beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyə, dənizdə insanların həyatının xilas edilməsinə mane olan hüquqi və inzibati baryerləri aradan qaldırmağa çağırıblar.






