Avropa Şurası yanında fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatları gənclərin ictimai fəallığını artırmaq və dinlərarası dialoqu təşviq etmək məqsədilə yeni beynəlxalq təşəbbüsə start veriblər. Layihə çərçivəsində Avropanın müxtəlif ölkələrindən olan gənclər bir araya gələrək insan hüquqları, tolerantlıq, inklüzivlik və mədəniyyətlərarası əməkdaşlıq mövzularında fikir mübadiləsi aparacaqlar.
QHT.az xarici mediaya istinadən bildirir ki, təşəbbüsün əsas məqsədi gənclərin vətəndaş cəmiyyətində iştirakını genişləndirmək, ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizəni gücləndirmək, eləcə də müxtəlif dini və mədəni icmalar arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.
Beynəlxalq QHT-lər bildiriblər ki, bu cür layihələr Avropada sosial həmrəyliyin möhkəmləndirilməsinə, demokratik dəyərlərin təşviqinə və gənclərin qərar qəbuletmə proseslərində daha fəal iştirakına töhfə verəcək.






