Özbəkistandan gələn nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunun qonağı olub.

QHT.az xəbər verir ki, yanvarın 25-də İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Qanunvericilik Palatası sədrinin birinci müavini və Milli İnsan Hüquqları Mərkəzinin rəhbəri Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüşdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Baxrom Aşrafxanov da iştirak edib.