“Bizim əsas fəaliyyətimiz, missiyamız əmək hüquqları, sosial hüquqların müdafiəsidir. Bu istiqamətdə heç bir layihələrimiz yoxdur deyə, insanlar bizə müraciət edəndə hüquqi məsləhətlər veririk və qanunvericiliyi şərh edirik, əmək məsələləri ilə bağlı ortaya çıxan məsələlərlə bağlı könüllü olaraq əhalini məlumatlandırırıq".

Bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov QHT.az- a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, digər əsas fəaliyyətləri Birləşmiş Millətlər Təşkilatının müqavilə orqanları ilə bağlıdır: “Ötən il bu sahədə uğurlu işlərimiz olub, milli maraqların qorunması baxımından nəticələri olub. Bu il də çalışacayıq fəaliyyətimizi davam etdirək. Əsas planlaşdırdığımız fəaliyyətlər bunlardan ibarətdir”.

Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 1997-ci ilin iyun ayında təsis olunub. Ədliyyə Nazirliyi tərəfindən 18 mart 2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Təşkilat ölkənin sosial sferasında insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində hüquqi, ictimai, maarifləndirici və vəkillik fəaliyyətlərini həyata keçirir. Sosial iqtisadi hüquqların müdafiəsi ilə yanaşı təşkilat həmçinin fundamental hüquq və azadlıqların təmin olunması istiqamətində də ixtisaslaşmışdır. Təşkilat işini əsasən monitorinqlər, məhkəmə çəkişmələri, ictimai kampaniyalar, maarifləndirmə və vəkillik  fəaliyyətləri şəkilində qurur. Təşkilatın müvafiq dövlət qurumları ilə əməkdaşlıq münasibətləri vardır.

 

Pərvanə Fərhadqızı