“Təşkilatımız dövlət qeydiyyatından keçmədən öncə belə, öz yardım və dəstəyini əsirgəməyib, pandemiya dövründə, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına qoşularaq, iş adamlarının dəstəyi və təşkilatın hesabı vasitəsilə 7000 ədəd tibbi maska tikdirərək ehtiyacı olanlara paylamışıq. O cümlədən 850 ailəyədə ərzaq yardımı etmişik”.

Bu fikri QHT.az-a açıqlama verən "İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev bildirib. 44 günlük Vətən müharibəsindən sonrakı dövürdə, təşkilatın dəstəyi ilə, rəhbəri olduğu “Öndər.tv” internet televiziyasında, bu günə qədər 150 şəhid, 50 qazi haqqında çəkiliş edilib, həmçinin, 50 şəhid bulağının açılışını çəkərək ictimaiyyətə təqdim edilib. Onun sözlərinə görə, 2023-cü il tarixində Şəhid, qazi, aztəminatlı ailələrə və leykozla mübarizə aparan uşaqlara dəstək məqsədilə, 2-3 sentyabr 2023-cü il tarixində satış yarmarkasının keçirilməsinə dəstək göstəriblər.

Qeyd edək ki, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən 2020-ci il iyul hadisələri dövründə N saylı hərbi hissədə “Vətənpərvərlik” mövzusunda tədbirə media dəstəyi verilərək çəklişlər edilib, Öndər.tv-də yayımlanıb. Bundan başqa QHT arxa cəbhədə 44 günlük haqq savaşında orduya dəstək göstərib.

 

 

Pərvanə Fərhadqızı