“2024-cü il yalnız Azərbaycanda deyil, həmçinin dünyanın bir sıra güc mərkəzlərində də prezident seçkiləri keçiriləcək. Ola bilsin ki, yeni və bəlkə də daha mürəkkəb siyasi və iqtisadi situasiya yaranacaq. Belə bir şəraitdə Azərbaycan Respublikasında president seçkiləri ötən seçkilərlə müqayisədə daha önəmlidir, çünki milli maraqlara uyğun daha ciddi siyasi-iqtisadi addımlar atılmasına və doğru qərarlar qəbul edilməsinə ehtiyac yaranacaq”.
Bu sözləri Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Sənan Yəhya QHT.az-a açıqlamasında bildirib. QHT sədri əmindir ki, uğurlu diplomatik manevrləri ilə fərqlənən və hadisələri öncədən məntiqlə qiymətləndirmək qabiliyyətinə malik Azərbaycan Prezidenti Ilham Əliyev regionda mövcud olan problemləri kökündən həll etməyə, qlobal enerji layihələrinin icrasında əməkdaşlıqların çərçivələrini müəyyən etməyə, doğma yurda “Böyük qayıdış” proqramını müvəffəqiyyətlə başa çatdırmağa qadirdir.
Qeyd edək ki, bu il 64 ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyi gözlənilir.
Pərvanə Fərhadqızı












