Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

 

QHT. az bildirir ki, Şuradan AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ötən il ərzində məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb.

 

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

 

Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.