Nigeriyanın şimal-şərqində ən azı altı məktəblinin metal qırıntıları hesab etdikləri əldəqayırma qurğunun partlaması nəticəsində həlak olub.
QHT.az xəbər verir ki, 13-15 yaş arası uşaqlar partlayıcı qurğunu az miqdarda metal qırıntıları ilə birlikdə götürərək Borno əyalətinin Qubio bölgəsindəki yarımçıq İslam məktəbi binasında gizlədiblər.
Qubioda yerli hökumət rəsmisi bildirib ki, qurğu uşaqlar onu metal qırıntısı kimi satmaq istəyəndə partlayıb.
Uşaqlara Quran oxumağı öyrədən məktəbin şagirdləri tez-tez metal qırıntılarını yığaraq yerli icmalara satırlar.
Pərvanə Fərhadqızı












