Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev avqustun 7-də İmişli rayonunda sakinləri qəbul edəcək. 

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. 

Vətəndaşlar 29 iyul - 4 avqust tarixlərində Nazirliyə rəsmi şəkildə([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək vəya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.