Dünyanın ən böyük altı neft şirkətinin 2026-cı ilin ikinci rübündə əldə edəcəyi xalis mənfəətin təxminən iki dəfə artaraq 45 milyard ABŞ dollarına çatacağı gözlənilir.
Təşkilatın yeni təhlilinə görə, bu şirkətlərin istixana qazı emissiyaları son illərdə dünyada ölümcül istilik dalğalarının daha tez-tez və daha şiddətli baş verməsinə təsir göstərib. Oxfam qeyd edir ki, iqlim böhranının ağır nəticələrini ən çox aşağı gəlirli və həssas əhali qrupları yaşayır. 

QHT.az xarici mediaya istinadən bildirir ki, QHT hökumətləri böyük çirkləndirici şirkətlərə qarşı daha sərt iqlim siyasəti tətbiq etməyə və əldə olunan gəlirlərin bir hissəsinin iqlim dəyişikliyindən zərər çəkən ölkələrə və icmalara dəstək üçün yönəldilməsinə çağırıb. 

Piranə Xasiyeva