Yeni araşdırmaya görə, insanlar xəbər almaq və məlumat toplamaq üçün ChatGPT, Google Gemini və digər süni intellekt çat-botlarından əvvəlki illərlə müqayisədə daha çox istifadə etməyə başlayıblar. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu alətlər ənənəvi xəbər mənbələrini tam əvəz etmir və təqdim olunan məlumatlar etibarlı mənbələrlə yoxlanılmalıdır. 

QHT.az xarici mediaya istinadən bildirir ki, dünyada hər 10 nəfərdən təxminən 1-i artıq həftə ərzində ən azı bir dəfə süni intellekt çat-botlarından xəbər və məlumat almaq üçün istifadə edir. Bu göstərici xüsusilə 35 yaşdan aşağı istifadəçilər arasında daha yüksəkdir. İstifadəçilər əsas üstünlük kimi mürəkkəb mövzuların sadə dildə izah edilməsini və əlavə suallar vermək imkanını göstərirlər. 

Bununla yanaşı, tədqiqat müəllifləri vurğulayırlar ki, süni intellekt bəzən səhv və ya köhnəlmiş məlumat təqdim edə bilər. Bu səbəbdən sağlamlıq, hüquq və maliyyə kimi vacib mövzularda AI cavablarını rəsmi və etibarlı mənbələrlə müqayisə etmək tövsiyə olunur. 

Piranə Xasiyeva