ABŞ-nin xarici yardım proqramlarının dayandırılması və Afrika İnkişaf Fonduna maliyyə dəstəyini azaltması qitədə fəaliyyət göstərən onlarla gənc liderlik proqramını əsas maliyyə mənbəyindən məhrum edib. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət yalnız maliyyə asılılığını deyil, həm də mövcud lider hazırlığı modelinin dayanıqsız olduğunu üzə çıxarıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, Avropa İttifaqı, Afrika İnkişaf Bankı, özəl fondlar və Afrika hökumətləri ayrı-ayrı qısamüddətli proqramları maliyyələşdirmək əvəzinə, yüz minlərlə qərarvericinin hazırlanmasına imkan verəcək uzunmüddətli və dayanıqlı platformalara investisiya yatırmalıdırlar.

Piranə Xasiyeva