Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

 

QHT.az  bildirir ki,  bu barədə Axar.az-a Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.

 

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

 

Qeyd edək ki, festivalın avqustun 25 və 26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.