Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın və Regional Təhsil Şöbəsinin təşkilatçılığı ilə Abşeron Rayonu Mədəniyyət Mərkəzində məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə görüş keçirib.
QHT.az xəbər verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova İctimai şuranın əsasnaməsi, mövcud qanunvericilikdə nəzərdə tutulmuş ictimai iştirakçılığa dair fəaliyyət istiqamətləri barəsində məlumat verib: “İctimai Şura ilə rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin gələcəkdə birgə əməkdaşlıq etmək vacib məsələlərdəndir. Təhsildə ictimai səmərəliliyin artırılması fonunda təhsil alanlarla, təhsil verənlər arasında sivil, işgüzar münasibətlərin daha da inkişaf etdirilməsinə nail olmaq olar. Rayon rəhbərliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun ictimai Şura üzvülərinin səriştəli, səmərəli fəaliyyət göstərməsi üçün bütün imkanlar yaradılıb”.
Sonra Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın fəal üzvüləri Zamin Zeynal, Zülfiyyə Nuriyeva çıxış ediblər. Onlar ictimai şura tərəfindən təhsil müəssisə rəhbərləri arasında davamlı olaraq bu cür görüşlərin keçirilməsi təhsil müəssisələri ilə sağlam ictimai, mədəni münasibətlərin qurulması baxımından olduqca vacibliyini vurğulayıblar: "Qarşıya qoyulan əsas məqsəd Abşeron rayonunda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsidir. Rayonda bu yönümdə həyata keçirilən bütün ictimai təşəbbüslər Dövlət Başçısı cənab İlham Əliyevin yerlərdə ictimai nəzarət və şəffaflığın artırılmasına vətəndaş cəmiyyəti dəstəyini artırmaqla yanaşı ictimai töhvələr verməkdir".
Pərvanə Fərhadqızı












