Qazax və Xaçmaz rayonlarında fəaliyyət göstərən "Günərzi Qayğı Mərkəzləri"-ndə 18 iyun "İnsan Hüquqları"ayı çərçivəsində tədbirlər həyata keçirilib.
QHT.az xəbər verir ki, tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi təşkil edib. Tədbirdə SXA-nın rayon nümayəndələri, Qadın Resurs Mərkəzinin üzvləri və Gənclər Evinin üzvləri iştirak edib.
Məlumat üçün bildirək ki, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə rayonlarda Günərzi Mərkəzləri yaradılıb.
Pərvanə Fərhadqızı












