Məlum olduğu kimi Oktyabr 12-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Agentliyin qarşısında qoyulan bəzi konseptual vəzifələr üzrə işçi qrupu”nun ilk iclasını keçirilib.
 

Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov iclasda müzakirə olunan məsələrlər  barəsində QHT.az-a açıqlamsında bildirib ki,  kifayət qədər məhsuldar keçən iclasda həmkarlarım Agentliyin MŞ-nın üzvləri Azər Allahverənov, Zaur İbrahimli, İlqar Orucov, Agentliyin İcraçı direktoru Aygün Əliyeva və İcraçı direktorun müavini Emil Çaparlı iştirak etdilər.
 

“Hər birinə peşəkar təkliflərinə və rəylərinə görə təşəkkür edirəm.  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsində nəzərdə tutulan aşağıdakı 4 konseptual məsələ ətraflı müzakirə olundu. Qeyd olunan məsələlərin əksəriyyəti həm də Agentliyin 2023-cü ilə dair hazırlanacaq İş planına daxil edilməsi məqsədilə Müşahidə Şurasının qarşıdan gələn iclasının gündəliyinə çıxarılması üçün təklif olunacaqdır.
 

1. “Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi” - bu məsələ qeyri-hökumət təşkilatlarının fəaliyyətlərində keyfiyyətinin artırılması, fəaliyyətlərin nəticələrini geniş spektrli maraqlı tərəflərə nümayiş etdirməsi, təşkilati idarəetmə sisteminin təkmilləşdirilməsi, hesabatlılıq və legitimlik səviyyəsinin artırılması, mövcud QHT mühitində dəyişikliklər etməyə və daha səmərəli fəaliyyət göstərmələri üçün şəraitin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması və icrasını nəzərdə tutur. 
 

2. “Dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın təşviqi və stimullaşdırılması” - bu məsələ “Yüksək rifah cəmiyyəti naminə əməkdaşlıq-Dövlət, QHT və özəl sektor əməkdaşlığı” adlı konfransın keçirilməsi, KSM üzrə fəaliyyət göstərən dövlət orqanları ilə, biznes təşkilatları və QHT-lərlə, həmçinin KSM üzrə tədris aparan universitet müəllimləri ilə dəyirmi masaların və müzakirələrin təşkili, bu istiqamətdə qrant müsabiqələrinin təşkili, KSM mükafatı/ları təsis edilməsi barədə hökumətə təkliflərin hazırlanması, müvafiq mərkəzi dövlət orqanları və yerli İH-i ilə birlikdə regionallarda “KSM həftəsi”, sərgilərin təşkili, seminar və konfransların keçirilməsi, “Ən yaxşı KSM-li təşkilat” kimi müsabiqələrin keçirilməsi və s üzrə təkliflərin hazırlanması və icrasını nəzərədə tutur.
 

3. “QHT-lərin institusional inkişafı, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, QHT-lərin inkişafı sahəsində elmi-texniki nailiyyətlərin tətbiqi”- bu məsələ beynəlxalq təcrübəni öyrənmək, elmi-texniki nailiyyətlərlə tanış olmaq, daha sonra onun Azərbaycanda tətbiq edilməsi üzrə təkliflərin hazırlanması və icrasını nəzərdə tutur.
 

4. “QHT-lərin inkişafı istiqamətində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi” - bu məsələ QHT menecmenti üzrə mövzuların müzakirəsi,  QHT menecmenti üzrə mövzuların ictimai müzakirəsi,  bu sahədə tədris və tədqiqatla məşğul olan universitet müəllimləri ilə dəyirmi masaların və müzakirələrin təşkili,  Universitetlərdə QHT Resurs mərkəzləri yaradılması üzrə təkliflərin hazırlanması və icrasını nəzərdə tutur.”