Hörmətli vətəndaş cəmiyyəti nümayəndələri,
Yaxın günlərdə biznes, QHT və dövlət qurumları nümayəndələrinin birgə iştirakı ilə Biznes-QHT əməkdaşlığı mövzusunda dəyirmi masa keçirməyi planlaşdırırıq. Dəyirmi masada biznes və QHT sektorunun bir-birindən necə faydalana biləcəyi və mövcud problemlər ilə bağlı müzakirə aparılacaqdır. Odur ki, müzakirə mövzuları ilə bağlı öncədən ətraflı məlumat əldə edilməsi və biznes qurumları ilə əməkdaşlıq üçün QHT-lərin təkliflərinin nəzərə alınması zəruridir. Bunun üçün aşağıdakı keçidə daxil olmaqla qısa bir sorğuda iştirak etməyinizi xahiş edirik.
Sizin rəyiniz bizimçün çox önəmlidir. Əlavə olaraq bildiririk ki, dəyirmi masanın tarixi, vaxtı və yeri barədə sizə ətraflı məlumat veriləcəkdir.
https://kwiksurveys.com/s/HR7C9ocy/i/0
Xahiş edirik linki tanıdığınız QHT nümayəndələri ilə də bölüşərdiniz.












