Uşaq Səfirlər Məclisinin Yardımlı rayonu üzrə nümayəndələri Eyvazova Zəminə və Dadaşlı Xəyalənin təşəbbüsü, Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 23 aprel- Müəllif Hüququ və Kitab Günü ilə əlaqədar Yardımlı rayon Vərgədüz kənd mərkəzi kitabxanasında müəllimlər və uşaqlar ilə birlikdə kitab müzakirələri aparılıb.

QHT.az xəbər verir ki, uşaqlar oxuduqları Cəlil Məmmədquluzadənin -Poçt qutusu əsərini müəllimlər ilə birlikdə müzakirə edərək, o əsər haqqında ümumi məlumatlar vermişdilər.