Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Milli Observatoriyanın 2025-ci ildəki fəaliyyəti, əmək bazarının inkişaf tendensiyalarının təhlili, sosial müdafiə sahəsində monitorinqlərin, tədqiqatların aparılması və s. istiqamətlərdə görülmüş işlər barədə ətraflı məlumat verilib.