“MG Consulting” Türk iş adamları üçün pulsuz hüquqi xidmət ayı elan edir. Bu barədə QHT.az-a şirkətin rəhbəri, hüquqşünas Məhəmməd Quluzadə məlumat verib.

O, qeyd edib ki, Türkiyənin ölkəmizə göstərdiyi böyük dəstəyi nəzərə alaraq, şirkət oktyabr ayında Türk iş adamları və şirkətləri üçün “açıq qapı” kampaniyası elan edib və onlara pulsuz hüquqi xidmətlər göstərir. 

 

Bu barədə Türkiyə Səfirliyi, Türkiyə İşbirliği və Koordinasyon Ajansına (TİKA) və Müstəqil Sənayeçi və İş Adamları Birliyi (MÜSİAD) müvafiq məktublar göndərilib.