Masallıda və Yardımlıda mədəniyyət işçilərinin müşavirəsi keçirilib
Masallı və Yardımlı rayon Mədəniyyət Mərkəzlərində seminar-müşavirələr keçirilib.
Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən müşavirələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Müəssisə rəhbərləri mədəniyyət sahəsində görülən işlərdən, aparılan islahatlardan danışıb, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunan daxili nizam-intizam qaydaları haqqında Mədəniyyət Mərkəzləri şəbəkəsinə daxil olan kollektiv üzvlərinə ətraflı məlumat veriblər.
Müşavirələrdə qarşıdan gələn əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.
Tədbirlərdə mədəniyyət sahəsində mövcud problemlər dinlənilib, suallar cavablandırılıb və səsləndirilən təkliflər qeydə alınıb.
Akif AĞAYEV












