"UGİŞM" komandası birinci yerə layiq görülüb
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM), Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş mini-futbol idman növü üzrə rayon turniri keçirilib.
Turnirin açılış mərasimi öncəsi Dövlət Himnimiz səsləndirilib, Ulu Öndərin və vətənimizin bütövlüyü uğurunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı Təhsil Sektorunun böyük məsləhətçisi Samit İslamov, Masallı UGİŞM-nin direktoru Əlifağa Yaqubov Azərbaycan idmanının ən böyük himayədarı Ulu Öndər Heydər Əliyevin xatirə turnirinin iştirakçılarına uğurlar arzulayıblar.
Gərgin mübarizə şəraitində keçən yarışların sonunda “UGİŞM (Masallı)” komandası birinci, “Ərkivan” komandası ikinci, “Şərəfə” komandası isə üçüncü yeri tutub.
Qalib komandalar müvafiq dərəcəli diplomlarla təltif olunub.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.












