Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Avropa Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

 

İlk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.

 

Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.

 

Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.