“Masallı Fiqth Klubu”nun güləşçisi birinciliyin qalibidir 

 

“Arena” idman klubunun təşkilatçılığı ilə yeniyetmələr arasında sərbəst güləş üzrə açıq birincilik keçirilib.
Gərgin mübarizə şəraitində keçən yarışlarda “Masallı Fiqth Klubu”nun yetirməsi  Mirhüseyn Bağırov uğurlu nəticə əldə edib. O, 39 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülərək müvafiq dərəcəli medal və diplomla mükafatlanıb.   
Qeyd edək ki, M.Bağırovun məşqçi-müəllimi Kamal Ələsgərlidir.

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.