Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə "İnterfaks"a Dağıstan Fəlakət Təbabəti Mərkəzindən bildirilib.

 

Hadisə ilə bağlı cinayət işi başlanılıb, səbəblər araşdırılır.