“Təmas” Regional İnkişaf İctimai Birliyinin  Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi  “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi»   layihəsinin icrası yekunlaşıb.

 

Layihənin rəhbəri Kubra Ələkbərova QHT.az-a  bildirib ki, layihənin icrası dövründə Mərkəzdə (sığınacaqdan)  91 nəfər qadın və uşaq yararlanıb. 

 

 Bundan  4  nəfər  insan alverinin qurbanı,  87   nəfəri isə  insan alverinin potensial qurbanları olub.  Onlardan  40  nəfəri qadın,  51 uşaq olub ( 20 qız, 31  oğlan). O həmçinin qeyd etdi  ki, təşkilatın nəzdində 2013- cü ildən etibarən fəaliyyət göstərən sığınacaq bölgədə zorakılığa məruz qalmış qadın və uşaqların müraciət edə biləcəkləri yeganə bir qurumdur.

 

 Sığınacaga yerləşdirilən qadının düşdüyü vəziyyət, onun resursları, imkanları, emosional- psixoloji durumu, potensialı qiymətləndirildikdən sonra onun reabilitasiya mərhələsi başlayır.

 

 Reabilitasiya prosesi qadının öz potensialını müəyyən etməsi, özgüvənliyinin artırılması, özü özünü müdafiə mexanizmlərinin öyrənilməsi və cəmiyyətə rahat şəkildə inteqrasiya olunmasına şərait yaradır, onun təkrar qurbana çevrilməsinin qarşısını alır. 

 

 

Layihənin icrası dövtründə təşkilat könüllü məlumatlandırma sessiyaları  təşkil edib. İnsan alveri və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşkil olunması zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, zorakılıqdan  zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.