“Sosial Dayaq”  İctimai Birliyinin  Siyəzən rayonunda   həyata keçirdiyi  “Əlilliyi olan uşaqlar  üçün   sosial  reabiltasiya  mərkəzinin  təşkili” layihəsi artıq başa çatmışdır.

 

  Layihə Azərbaycan   Respublikasının  Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  təşkil olunmuşdur. 

 

 Layihə  çərçivəsində   müxtəlif   əlilliyi  olan (autizm, əqli gerilik, uşaq serebral iflici, nitqin ləngiməsi, davranış pozuntusu  və s.) 18 yaşa qədər uşaqlara  sosial-psixoloji  dəstək göstərilmişdir. 

 

Uşaqlara həm fərdi, həm də qrup halında təlimlər keçirilmişdir.  Müxtəlif əlilliyi olan uşaqlar müəyyən edilmiş,   uşaq mütəxəssisləri  tərəfindən  ilkin  ehtiyacları öyrənilmiş,  (ünsiyyətə girmə, nitqin inkişafı,  səslərin  düzgün tələffüzü,  fiziki  məhdudiyyət, koordinasiya, əqli inkişafın ləngiməsi prosesi  və s.)  aidiyyatı üzrə   onlara təlimlər təşkil edilmişdir. 

 

Təlimlər zamanı  yaş normativləri nəzərə alınmaqla hər uşaq üçün ayrı-ayrılıqda  təlim qaydaları hazırlanmışdır. 

 

Təlimlərdə valideyinlər də  fəal iştirak etmişlər.  Onlara  öz  uşaqları ilə ünsiyyət qurmaq,  onları  müdafiə  etmək, erkən  yardım  göstərmək  bacarıqlarının   artırılması üçün maarifləndirmə işi aparılmışdır. 

 

 Valideynlərə uşaqları ilə ev şəraitində necə  məşğul olacaqları,  vəsait seçimi  barədə  məlumatlar  verilmişdir. 

 

 Təlimlər  aidiyyatı  üzrə  təhsil almış  və xüsusi təlimlər keçmiş təcrübəli  mütəxəssislər  tərəfindən   uşaqlara inkişafetdirici vəsaitlərlə  QHT-nin ofisində keçirilmişdir. 

 

  Uşaqların  sağlamlığı məqsədilə  dövlət uşaq tibb müəssisələrinin  əlçatanlığının  təmin olunmuş  və  uşaqlara  xidmət göstərən mərkəzlərlə  əlaqələr yaradılmışdır. 

 

Uşaqlara  təlimlərin keçirilməsi,  sosial – psixoloji dəstək göstərilməsi onların sağlamlığına müsbət təsir göstərmişdir. 

Layihə zamanı uşaqlara aşağıdakı təlimlər keçirilmişdir

Sensor bacarıqların inkişafı;

Ünsiyyət  bacarıqları;

Göz kontaktının qurulması;

Əl- barmaq  hərəkətlərinin aktivləşdirilməsi; 

Yazı və oxu texnikasına hazırlıq;

Nitq  inkişafı;

Nəfəs məşqləri;

Fiziki inkişaf; 

Sosial və özünəxidmət bacarıqları və s.