İyulun 25-də səhər saatlarında Krımın Krasnoqvardeysk rayonunda partlayış səsləri eşidilib.

 

QHT. az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

 

Məlumata görə, Krımda baş verən partlayışlar fonunda Sevastopoldakı ruslar mülki dəniz nəqliyyatının hərəkətini dayandırıblar:

 

“Ehtimal var ki, Krasnoqvardeysk rayonunda baş verən partlayışlar ərazilərin minalardan təmizlənməsi də olar bilər. Eyni zamanda, Pervomaysk rayonunda da partlayış səsləri eşidilib”.

 

Hələlik partlayışlarla bağlı rəsmi məlumat yoxdur.