İqtisadçı və İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli  Azərbaycanda kərə yağı və bitki yağları bazarındakı dəyişikliklər haqqında fikirlərini paylaşıb.

QHT.az xəbər verir ki, E.Kərimli bildirib ki, kərə yağı idxalı və yerli istehsalda azalma qeydə alınıb: "Azərbaycana kərə yağının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.6%, yerli istehsal isə 8% azalıb".

Eyyub Kərimli bildirib ki: bitki yağlarının idxalı artıb və kərə yağı qiymətində ucuzlaşma müşahidə olunur: "Əvəzində bitki yağlarının idxalı 5.4% artıb. Qeyd edək ki, 1 kq kərə yağının idxal qiyməti təxminən 11 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.2% ucuzlaşma deməkdir".

Sədr vurğulayıb ki: qiymət və regional faktorlar bazara təsir edir: "Görünür ki kərə yağına mövcud qiymət istehlak tələbini kəskin azaldır, digər tərəfdən İranda gedən müharibədə kərə yağının idxalına ciddi təsir göstərə bilər".

Fatimə Nəbiyeva