“İdman hamı üçün”
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik və Masallı rayonlarında "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbirləri keçirilib.
Futbol, voleybol, atletika, dama, şahmat , ağır atletika, taekvondo idman növləri üzrə təşkil olunan kütləvi tədbirlərdə 150 nəfərdən çox rayon sakini iştirak edib.
Tədbirlərin təşkilində əsas məqsəd əhali, xüsusilə uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
Akif AĞAYEV












