QHT.az xəbər verir ki, “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs işə qəbul edən qurum kimi “İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi” struktur bölməsi müxtəlif istiqamətlərdə fəaliyyət göstərir:
- hüquqi maarifləndirmə işinin aparılmasında iştirak edir;
- Azərbaycan Respublikasında hüquqi şüurun formalaşdırılmasında iştirak edir;
- insan hüquqlarının beynəlxalq müdafiəsi jhmexanizmlərinin fəaliyyət təcrübəsini öyrənir və təşviq edir;
- dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirir;
- hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün insan hüquqlarının problem məsələləri ilə bağlı təlimlər təşkil edir və keçirir;
- hüquqşünas məzunların stajorluq əsasında təcrübi vərdişlər mənimsəməsinə yardım edir;
- qanun layihələrinin insan haqları prizmasından ekspertizasının keçirilməsində və rəy hazırlanmasında iştirak edir.
Vəzifə: Təlimçi - ekspert
Vəzifə öhdəlikləri:
- Hüquq, o cümlədən insan hüquqları sahəsində təlim modulları hazırlamaq;
- dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştəsinin inkişaf etdirilməsi üçün müvafiq sahədə təlimlər keçmək;
- hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün müvafiq sahədə təlimlər keçmək;
- müasir rəqəmsal texnoloji həll imkanlardan istifadə etməklə müvafiq sahədə distant təlimlər keçmək;
- dinləyicilərin biliklərinin qiymətləndirilməsi metodikasını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətində metodiki və təşkilati işlər görmək;
- təlim tələbatının öyrənilməsi istiqamətində təkliflər hazırlanmasında iştirak etmək;
- dinləyicilərin təlim materialları (dərs vəsaitləri, kurs materialları, metodiki göstərişlər, mühazirələr, praktikumlar) ilə təmin edilməsində iştirak etmək;
- hüquqi maarifləndirmə işinin aparılmasında, o cümlədən hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasında iştirak etmək, bu məqsədlə materiallar hazırlamaq;
- qanun layihələrinin insan haqları prizmasından ekspertizasının keçirilməsində və rəy hazırlanmasında iştirak etmək;
- beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının müvafiq hüquq və qanunvericilik sahələri üzrə, xüsusən də Azərbaycanla bağlı qərar və hesabatlarını mütəmadi izləmək və müvafiq arayışlar hazırlamaq;
- müvafiq hüquq sahələri üzrə hazırlanan hüquqi akt layihələrinin və qüvvədə olan hüquqi aktların tənzimləyici təsirinin qiymətləndirilməsinə dəstək vermək;
- şöbəyə daxil olan müraciətlərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq.
Namizədə olan tələblər: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil, ixtisas üzrə 3 ildən az olmayan əmək stajı və 3 ildən az olmayaraq müvafiq sahədə təlim keçmə.
Dil bilikləri: Azərbaycan dili (ingilis dili B 2 səviyyəsində tələb olunur, rus dilini bilmək arzuolunandır);
Kompüter biliklərinə dair tələblər:
- MS Office proqramlarından istifadə - yaxşı səviyyə;
- İnternetdən istifadə - yaxşı səviyyə;
- Microsoft Office PowerPoint proqramı ilə slayd hazırlamaq.
Şəxsi xüsusiyyətlər:
- hüquq sahəsində təlim keçmə bacarığı;
- məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq;
- yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
- təşəbbüskarlıq;
- zamanı effektiv idarəetmə bacarığı.
Digər məlumatlar:
Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 08 sentyabr 2023-cü il (saat 15:00-dək) tarixinədək [email protected] email-nə göndərilməlidir.












