5-8 oktyabr 2023-cü il tarixlərində Türkiyənin Balıkesir şəhərində Avropa Voleybol Konfederasiyası tərəfindən ilk dəfə təşkil olunan qadınlar və kişilər arasında klublararası çimərlik voleybolu üzrə Avropa kuboku keçirilib.  

 

Turnirdə Avropa ölkələrindən çimərlik voleybolu üzrə 10 müxtəlif komanda iştirak edib. Kubok uğrunda gedən mübarizədə Azərbaycanı təmsil edən kişilərdən ibarət “Murov AZ Terminal” klubu yüksək nəticə əldə edərək tarixə imza atıb. 

 

Belə ki, 5 oyun keçirən “Murov AZ Terminal” klubu finalda Türkiyənin “TVF Spor Lisesi Voleybol İhtisas” klubuna qalib gələrək ilk dəfə olaraq Avropa kubokunun sahib olub.  

 

Fəxrlə qeyd edirik ki, komandanın məşqçi Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşı mayor Nihad Tarverdiyevdir.

 

Əməkdaşımızı əldə etdiyi uğur münasibətlə təbrik edirik.