Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinini dəstəyi ilə fevral ayından etibarən  “Təmas” RİİB  “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi»   layihəsini icra edir.

 

Layihənin icrası dövründə  fevral-mart aylarında Sığınacaqda göstərilən   xidmətlərindən 81 nəfər yararlanmışdır. Bundan 2 nəfər insan alveri , 79 nəfər (38 qadın, 43 uşaq (19 qız, 24 oğlan) isə insan alverinin potensial qurbanları olmuşlar. 11 uşaq (7 qız, 4 oğlan) məktəbə bərpa olunmuş, 6 (1 qız, 5 oğlan) azyaşlı uşaq məktəbəqədər təhsil müəssisəsinə istiqamətləndirilmişdir. 9 qadın müxtəlif işlərlə (2 dayə, 4 satıcı, 3 çörək sexi)  təmin edilmiş, 15 nəfər (6 qadın, 9 uşaq (4 qız, 5 oğlan)) Gəncə şəhər sakini tibbi müayinəyə istiqamətləndirilmişdir. 9 qadın DOST xidmətinə, 8 qadın Məşgulluq İdarəsində Özünəməşguluq proqramına qeydiyyata alınmışdır. 28 qadına Ünvanlı sosial yardımın alınmasında texniki dəstək göstəilmişdir. Sığınacaq sakinləri ərzaq və gigiyenik məhsullarla təmin olunurlar.

 

Layihənin rəhbəri qeyd etdi ki, təşkilat 10 ildən çoxdur ki, təşkilat  genderəsaslı zorakılığa qarşı mübarizə sahəsində geniş təctübəyə malikdir. Mərkəzin əməkdaşları mütəmadi olaraq Gəncə və ətraf rayonlarda müxtlif əhali qrupları arasında  maarifləndirmə fəaliyyəti həyata keçirir. Görüşllərdə  təşkilatn hal hazırda Agentliyin dəstəyi ilə həyata keçirdiyi layihə, Mərkəz və sığınacağın fəaliyyəti, göstərilən xidmətlər haqqında geniş məlmat verildi.

Layihənin icrası davam edir.