Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının ofisini ziyarət ediblər.
 
QHT.az xəbər verir  ki, aparılan fikir mübadiləsində Vüsal Quliyev AQSİA-nın fəaliyyəti ilə  dövlətin, cəmiyyətin  məlumatlı olduğunu qeyd edib. Görüşdə bildirilib ki,  “QHT Ziyarətləri"  davam edəcək və bu layihənin məqsədi QHT-lərin fəaliyyəti ilə daha yaxından tanış olmaqdır. 
 
 Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin hər zaman Agentliyin diqqət mərkəzində olacağı qeyd edilib.