Qlobal səhiyyə sahəsində fəaliyyət göstərən ən böyük donor təşkilatların maliyyə xərcləri ilə bağlı xüsusi hesabat yayımlanıb. Hesabatda vəsaitlərin hansı ölkələrə, hansı proqramlara və hansı tərəfdaşlar vasitəsilə yönəldildiyi ətraflı göstərilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, ayrılan maliyyə əsasən peyvənd proqramları, ana və uşaq sağlamlığı, yoluxucu xəstəliklərlə mübarizə və səhiyyə sistemlərinin gücləndirilməsinə sərf olunur.
Hesabatda həmçinin iqlim maliyyələşdirilməsinin hazırkı vəziyyəti təhlil edilir. Son illərdə iqlim layihələrinə ayrılan vəsaitlərin həcminin artdığı vurğulanır.
Bundan başqa, ABŞ tərəfindən 1 milyard dollar həcmində yeni humanitar yardım paketi elan olunub. Vəsait ərzaq təhlükəsizliyi, səhiyyə xidmətləri və humanitar dəstək proqramlarına yönəldiləcək.
Mütəxəssislər hesab edirlər ki, bu cür məlumatlar beynəlxalq yardım və inkişaf sahəsində çalışan təşkilatlar üçün mühüm əhəmiyyət daşıyır.






