Səhiyyə diaqnostikasına çıxışın yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən Cenevrə mərkəzli FIND Fondunun İdarə Heyətinin sədri Ayoade Alakija vəzifəsindən istefa verib. Onun yerinə müvəqqəti olaraq İsveçrə Tropik və İctimai Sağlamlıq İnstitutunun emeritus direktoru Marsel Tanner təyin olunub.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu dəyişiklik may ayında baş direktor İfedayo Adetifanın istefasından sonra baş verir. Hazırda təşkilatın elmi direktoru Yutta Reynhard-Rupp müvəqqəti baş direktor vəzifəsini icra edir. Maliyyə hesabatına görə, FIND-in gələcək fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik davam edir.

Piranə Xasiyeva