UNESCO-nun Parisdə keçirilən Transforming Education Summit +4 (TES+4) sammitində bildirilib ki, beynəlxalq maliyyə yardımının azalması, borc yükünün artması, qlobal böhranlar və süni intellekt kimi yeni çağırışlar təhsil sahəsində əldə olunan nailiyyətləri təhlükə altına salır.

QHT.az xarici mediaya istinadən bildirir ki, sammitdə 2022-ci ildə keçirilən ilk Transforming Education Summit-dən sonra əldə olunan nəticələr qiymətləndirilib. İştirakçılar BMT-nin 2030-cu ilədək hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etməyi hədəfləyən Dayanıqlı İnkişaf Məqsədi 4-ün risk altında olduğunu vurğulayıblar.

UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani bildirib ki, son dörd ildə dünya ciddi şəkildə dəyişib və mövcud problemlər təhsil sisteminə mənfi təsir göstərir. Sammitdə ölkələr təhsilə daha çox investisiya yatırmağa və beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırılıb.