Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Şuşada keçirilən IV Qlobal Media Forumunun əhəmiyyəti və onun qlobal informasiya məkanındakı rolu barədə fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Dünyanın belə gərgin, müharibə kimi dəhşətli prosesləriin adiləşdiyi məqamda qlobal medianın, ümumilikdə vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük məsuliyyət düşür. Məhz belə məqamda Şuşa şəhərində IV Qlobal Media Forumu keçirilir. İşğaldan, təcavüzdən azad olunmuş Şuşa kimi bir şəhərdə belə tədbirin  keçirilməsinin böyük tarixi əhəmiyyəti var. 

Toplantını imkan çatan qədər izləməyə çalışdıq.  Şuşadan dünyaya bəşəriyyəti narahat edən məqamlarla bağlı sülh mesajları səsləndirildi. Heç şübhəsiz ki, manipulyasiyadan uzaq olaraq həqiqətin ifadə olunması, məsuliyyətli davranış  media subyektləri üçün zəruridir. 

Dialoq mühitinin formalaşmasında, əməkdaşlıq üçün yeni imkanların müzakirəsində Şuşa əhəmiyyətli platformadır. Hazırda cəmiyyətlərə, insanların həyatına dezinformasiyalar qanlı müharibələrin gətirdiyi qədər fəlakətlər gətirir. Bəzən qlobal miqyasda dezinformasiyaların idarə olunması bəzi dairələrin gündəlik fəaliyyət istiqamətinə çevrilir. Belə qorxulu tendensiyalardan qorunmaq üçün Şuşa Qlobal Media Forumu əhəmiyyətli müzakirə məkanına çevrildi.  

Ötən gün  forum şərçivəsində Azəbaycan Prezidentinə ünvanlanmış suallar və dövlət başçısının çox məntiqli cavabları Şuşadan dünyaya ötürülən bəşəriyyət üçün zəruri olan sülh, əməkdaşlıq, təhlükəsizliklə bağlı mühüm mesajlar idi. Yəqin ki, media təmsilçiləri, toplantı iştirakçıları və geniş auditoriya bu məqamlara diqqət yetirəcək. Şuşa  Forumu həm də məsuliyyətli kommunikasiyanın dərinləşməsində mühüm mərhələ olacaq.  Əhəmiyyətli məqamlardan biri odur ki,  53 ölkədən gələn media təmsilçiləri, digər qonaqlar işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri, əhalinin məskunlaşma məsələləri ilə yaxından tanış olacaqlar".