“Azərbaycan Milli QHT Forumunun ofisində keçirilən görüş QHT-lərlə sahibkarlar arasında əməkdaşlığın inkişafı baxımından faydalı müzakirələrə şərait yaratdı”.
Bu fikirləri QHT.az-a açıqlamasında “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev bildirib.
Onun sözlərinə görə, təşkilatların öz təcrübələrini bölüşməsi, mövcud ehtiyacları və əməkdaşlıq imkanlarını birgə qiymətləndirməsi sosial təşəbbüslərin daha səmərəli həyata keçirilməsinə kömək edə bilər:
“Görüşdə müzakirə edilən təkliflərin praktik təşəbbüslərə çevrilməsi həm təşkilatların fəaliyyət imkanlarını genişləndirə, həm də sosial problemlərin həllinə töhfə verə bilər”.
Qeyd edək ki, sentyabrın 30-da Azərbaycan Milli QHT Forumunun ofisində Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyi və “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.












