"İctimai şuraların fəaliyyətinin effektivliyini artırmaq üçün QHT.az və ictimaishura.az saytları böyük dəstək göstərir".

QHT.az xəbər verir ki, bu sözləri Dost TV-də yayımlanan "Ekspert rəyi" verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın rəhbəri Elşad Məmmədov bildirib. O, qeyd edib ki, bu saytlar vasitəsilə həftədə iki-üç dəfə aktual məsələlərlə bağlı müsahibələr verilir və bu ictimaiyyət arasında kommunikasiya yaradılmasında mühüm rol oynayır: "Mənə elə gəlir ki, platformaların olması, qht.az saytı və ictimaishura.az saytı, bu saytlar bizim fəaliyyətimizə böyük dəstək verir,  və mən hesab edirəm, bütövlükdə ictimai şuraların. Çünki demək olar ki, elə mənim özümlə və digər şura üzvləri ilə, amma mənə daha çox müraciətlər olur saytlardan, bizim həftədə 2-3 dəfə aktual məsələlərlə bağlı o saytlara müsahibələrimiz olur. O saytlar vasitəsilə, baxın, Sizin qeyd etdiyiniz kommunikasiya, o cümlədən, yaradılır, İctimaiyyət arasında. Bu da çox önəmlidir. Çünki İctimai Şuranın bilavasitə media resursu yoxdur. Amma bax bu media resurslar əgər bizə müvafiq dəstək versə, mənə elə gəlir ki, ictimai şuraların fəaliyyəti daha effektiv olar və bu saytların, bu platformaların bizə dəstəyi burada çox, mən deyərdim ki, önəmli amillərdən biridir".