“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi və Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən London –Fastfood kofesi ilə birgə əlilliyi olan şəxslərin övladları və əlilliyi olan uşaqlar üçün tədbir təşkil etdilər.

 

QHT.az xəbər verir ki, Tədbirdə on beş əlilliyi olan şəxsin övladı və əlil uşaqlar iştirak etdi. ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova əlilliyi olan şəxslərin övladları üçün təşkil olunan tədbirə görə London-Fastfood kofesinin rəhbərliyinə minnətdarlığını bildirib. O, bildirib ki, bu artıq ikinci belə təşkil olunan görüşdür. Burada uşaqlar mədəni istirahət edir və asudə vaxtlarını səmərəli keçirdərək, əylənirlər.

 

Sahibkarlar tərəfindən atılan bu cür xeyirxah addımlar təqdirə layqdir və əlilliyi olan şəxslər həm dövlət,həmdə sahibkar insanlar tərəfindən qayğı ilə əhatə olunduğunu hiss edirlər. Bu onların yaşamaları üçün bir stimuldur.

Sumqayıt şəhərində fəaliyyət göstərən London evinin rəhbəri Emin Əliyev bu cür tədbirləri əlilliyi olan uşaqlar və əlil övladları üçün mütamadi etmək niyyətində olduğunu vurğulayıb.

 

Qeyd edək ki, tədbirin təşkilatçısı ƏSMİD ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Nərmin Rzalıdır.