Bu gün Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və Inteqrasiyasına Dəstək Ictimai Birliyinin bir qrup üzvləri üçün Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olundu.
Bu barədə QHT.az-a ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, Ekskursiya zamanı iştirakçılar məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış olublar.
Muzeyin xarici əlaqələr və elmi kütləvi iş söbəsinin elmi işçisi Sahibə Ələkbərova, “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə adaptasiya olunmalarına dəstək məqsədi ilə muzeyə dəvət etdiyi təşkilat üzvülərinin muzeyin ekspozisiyası ilə tanış edərək, onları maraqlandıran sualları ətraflı cavablandırdı. Çox yüksək təəssüratlarla ayrılan təşkilat üzvüləri sonda Muzeyə dəvətə görə Sahibə xanıma minnətdarlığını bildirdilər.












